"Heydər ata, Heydər baba!" | Ulu Öndərə Heydər Əliyevə həsr olunmuş şeir

  

Xalqımızın fəxri, şanı,
Xatırlayım hansı anı?..
Dolanmısan bu dünyanı,
Heydər ata, Heydər baba!..

Vətənimi azad edən,
El qədrini daim bilən.
Torpağını qəlbən sevən
Heydər ata, Heydər baba!

Həm ümmansan, həm də Günəş,
Sübh çağının dan ulduzu.
Qəlbimizdə ən müqəddəs
Heydər ata, Heydər baba!

İlham təki oğlun vardır,
Ömür yolun bir bahardır,
Xalqın hər an bəxtiyardır,
Heydər ata, Heydər baba

Keçsə aylar, keçsə illər
Ürəklərdə qalacaqsan.
Arzuların çiçək açıb,
Yaşayacaq Azərbaycan!
Heydər ata, Heydər baba!

 «Heydər ata, Heydər baba!» | Ulu Öndərə Heydər Əliyevə həsr olunmuş şeir 
Müəllif: N.Laçınov.

"Heydər ata, Heydər baba!" | Ulu Öndərə Heydər Əliyevə həsr olunmuş şeir

 
 

0 şərh